Biləsuvardakı qəzada xəsarət alanları xəstəxanaya çatdıran sürücüdən AÇIQLAMA - FOTO

Biləsuvardakı qəzada xəsarət alanları xəstəxanaya çatdıran sürücüdən AÇIQLAMA - FOTO

Hazırda oxunan: Biləsuvardakı qəzada xəsarət alanları xəstəxanaya çatdıran sürücüdən AÇIQLAMA - FOTO
268599
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Biləsuvarda baş verən qəzada yaralıları xəstəxanaya çatdırmaqla vətəndaşlıq nümunəsi göstərən sürücü sürət həddini aşdığı üçün cərimələnib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Biləsuvardan Bakıya sərnişin aparan 30 yaşlı Fərid Abdullalı qəza zamanı xəsarət alanlara laqeyd qala bilməyib.
 

MÖVZU İLƏ BAĞLI:

Biləsuvarda YOL QƏZASI: 1 nəfər həlak oldu, 3 nəfər xəsarət aldı - FOTO


O, ətrafdakıların köməyi ilə maşınına mindirdiyi yaralıları Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırıb:

"Qəzada xəsarət alan üç nəfəri maşınıma yerləşdirib xəstəxanaya apardım. Məcburən sürət həddini aşdım və Bəydili kəndi ərazisində radara düşdüm," – deyə Fərid Abdullalı bildirib.

Nəticədə, bu qayda pozuntusuna görə sürücünün adına 200 manat cərimə və 3 bal hesablanıb.

Biləsuvardakı qəzada xəsarət alanları xəstəxanaya çatdıran sürücüdən AÇIQLAMA - FOTO - foto 1
Biləsuvardakı qəzada xəsarət alanları xəstəxanaya çatdıran sürücüdən AÇIQLAMA - FOTO - foto 2
Biləsuvardakı qəzada xəsarət alanları xəstəxanaya çatdıran sürücüdən AÇIQLAMA - FOTO - foto 3

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO