
- A-
- A
- A+
Cəmiyyət
13:56 / 31.08.2025
1 dəq oxunma
Cəlilabadda faciəvi qəza: 2 yaşlı uşaq dünyasını dəyişdi
Hazırda oxunan: Cəlilabadda faciəvi qəza: 2 yaşlı uşaq dünyasını dəyişdi
267950
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Cəlilabad şəhərində azyaşlının ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Bizim.Media xəbər verir ki, hadisə şəhərin Abbasağa Azərtürk küçəsi ilə Dədə Qorqud küçəsinin kəsişməsində qeydə alınıb.
Hərəkətdə olan “Opel” markalı avtomobil ilə “VAZ-2107” toqquşub. Zərbənin gücündən “VAZ-2107”də sərnişin olan 2 yaşlı Nazlı Vahibzadə həyatını itirib.
Eyni maşında olan daha iki nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































