Qaranlıq yolda piyada vuruldu - Video

Qaranlıq yolda piyada vuruldu - Video

Hazırda oxunan: Qaranlıq yolda piyada vuruldu - Video
267784
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən gün gecə saatlarında paytaxtın Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, Gəncə prospektində eynisəviyyəli piyada keçidinin yaxınlığında iki minik avtomobili toqquşub.
 

Belə ki, maşınlardan biri yolu keçidlə keçən şəxsə yol verərkən arxadan gələn digər nəqliyyat vasitəsi ona çırpılıb. Öndəki avtomobil idarəetmədən çıxaraq piyadanı vurub. Xoşbəxtlikdən piyada yüngül xəsarətlərlə qurtula bilib.


Qəza yerindən çəkilmiş görüntülərdən məlum olur ki, qəzanın baş verdiyi gecə saatlarında Gəncə prospektinin işıqlandırılması dayandırılıb.
 

Hadisə şahidlərinin sözlərinə görə, həmin piyada zolağı məhz qaranlıq səbəbindən sürücülər tərəfindən yaxşı görünmür. Bu da ərazidə ciddi təhlükə yaradır. Sakinlər eyni zamanda prospektdə işıqlandırmanın olduğunu, lakin sutkanın müəyyən saatlarında söndürüldüyünü əlavə ediblər.


Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Pənah İmanov bildirib ki, məsələ ilə bağlı araşdırma aparılacaq və küçənin işıqlandırılması ilə bağlı məsələ nəzarətə götürüləcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO