Abşeron dairəvi dəmiryol marşrutu üzrə yeni hərəkət cədvəlinin tətbiq olunacağı vaxt AÇIQLANDI

Abşeron dairəvi dəmiryol marşrutu üzrə yeni hərəkət cədvəlinin tətbiq olunacağı vaxt AÇIQLANDI

Hazırda oxunan: Abşeron dairəvi dəmiryol marşrutu üzrə yeni hərəkət cədvəlinin tətbiq olunacağı vaxt AÇIQLANDI
267037
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı-Keşlə dəmiryol sahəsində, "Bağırov körpüsü" kimi tanınan ərazidəki dəmiryol infrastrukturunda əsaslı təmir işlərininin sentyabrın əvvəllərində başa çatdırılması planlaşdırılır.

Bizim.Media "Apa.az"a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Hacıyev deyib.
 

Onun sözlərinə görə, qeyd olunan ərazidə dəmiryol infrastrukturunda 6 avqustdan əsaslı təmir işlərinə başlanılıb. Bununla əlaqədar olaraq Abşeron dairəvi və rayonlararası istiqamətlərdə hərəkət edən qatarların qrafikində bəzi dəyişikliklər edilib. Sonuncu belə dəyişikliklər 19 avqustdan etibarən tətbiq olunub.


"Təmir işlərinin sentyabrın əvvəllərində başa çatdırılması planlaşdırılır. Təmir işləri tam yekunlaşdıqdan sonra Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların yeni hərəkət cədvəli tətbiq olunacaq", - Bəxtiyar Hacıyev qeyd edib.

O əlavə edib ki, yeni hərəkət cədvəlinin sentyabrın 15-nə kimi tətbiq olunması planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO