Qəbələdə AĞIR QƏZA – Ölən və yaralılar var - FOTO

Qəbələdə AĞIR QƏZA – Ölən və yaralılar var - FOTO

Hazırda oxunan: Qəbələdə AĞIR QƏZA – Ölən və yaralılar var - FOTO
266983
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində sürücülərdən biri hadisə yerində ölüb, hər iki avtomobildə olan sərnişinlər yaralanıb. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
 

Belə ki, günorta saatlarında Qəbələ şəhəri ərazisində “VAZ-2106” və “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”-ın sürücüsü, 51 yaşlı İlham Abdurazakov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Həmçinin, digər nəqliyyat vasitəsinin sürücüsü, 31 yaşlı Aqil Bəhlulzadə və “VAZ”-da olan sərnişinlər xəsarət alıblar. 


Qəzada yaralanlar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. 

Qəbələdə AĞIR QƏZA – Ölən və yaralılar var - FOTO - foto 1

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO