SON DƏQİQƏ! Rəqsanənin əri də istintaqa cəlb olundu

SON DƏQİQƏ! Rəqsanənin əri də istintaqa cəlb olundu

Hazırda oxunan: SON DƏQİQƏ! Rəqsanənin əri də istintaqa cəlb olundu
266290
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dələduzluqda ittiham olunaraq həbs edilən müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil Əmiraslanov istintaqa cəlb olunub.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, Fazil Əmiraslanov Bakıya gəlib və artıq istintaqda ifadə verib.

Qeyd edək ki, avqustun 16-da Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.

Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Rəqsanə İsmayılovanın həbsi ilə bağlı qərardan apellyasiya şikayəti verilib. Şikayətə bu gün Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Rəqsanə İsmayılovadan şikayətçi olan Gündüz Məmmədov dünən videomüraciət yayıb. O, müraciətdə Rəqsanə İsmayılova və həyat yoldaşı Fazil Əmiraslanov tərəfindən aldadılmaları barədə danışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO