Səhərlər ayıla bilmirsinizsə, oxuyun

Səhərlər ayıla bilmirsinizsə, oxuyun

Hazırda oxunan: Səhərlər ayıla bilmirsinizsə, oxuyun
265340
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Səhər enerjinizi qaldırmaq üçün mütləq qəhvə içməyə ehtiyac yoxdur.

Bizim.Media xəbər verir ki, bu barədə psixoterapevt İrina Kraskina bildirib.

O qeyd edib ki, sadə vərdişlər kofe əvəzi olaraq enerjinizi yüksəldə bilər.

Kraskinanın sözlərinə görə, ilk üsul soyuq duşdur. Normal duşdan sonra 30-60 saniyə soyuq suyun altına durmaq simpatik sinir sistemini aktivləşdirir, beyni oyadır və konsentrasiyanı artırır.
 

Həmçinin, psixoterapevt "4-7-8" nəfəs texnikasını tövsiyə edib: 4 saniyə nəfəs almaq, 7 saniyə saxlamaq, 8 saniyə vermək və bunu 4-5 dəfə təkrarlamaq. Bu üsul kortizol səviyyəsini azaldır, sinir sistemini sakitləşdirir və diqqəti toplamağa kömək edir.


Kraskina həmçinin 10 dəqiqəlik telefonsuz gəzintini məsləhət görüb. Bu zaman sadəcə ətrafı izləmək, ağaclara, səma və keçən insanlara baxmaq kifayətdir. (Milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO