İnfarkt əvvəldən əlamətlər göstərməyə də bilər - Kardioloqdan maraqlı açıqlamalar

İnfarkt əvvəldən əlamətlər göstərməyə də bilər - Kardioloqdan maraqlı açıqlamalar

Hazırda oxunan: İnfarkt əvvəldən əlamətlər göstərməyə də bilər - Kardioloqdan maraqlı açıqlamalar
264093
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Miokard infarktı simptomlar olmadan da baş verə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə rusiyalı kardioloq və anestezioloq-reanimatoloq Anton Vaxlyaev RİA Novosti-yə müsahibəsində danışıb.

O qeyd edib ki, xəstəlik əvvəldən hər hansı əlamətlər göstərməyə də bilər, ürək-damar xəstəliklərinin inkişafı üçün risk faktorları isə yüksək arterial təzyiq (yüksək qan təzyiqi) və insultdur.

Həkim bir məqama diqqət çəkib ki, stenokardiyanın (angina pektoris) ortaya çıxması həyəcan siqnalı ola bilər.
 

"Tədricən fiziki yüklənmə azalır, ağrılar isə daha tez-tez təkrarlanır, ağrı spazmları daha uzun müddət davam edir - bu, ürəyin işemik xəstəliyinin klassik mənzərəsidir", - deyə həkim bildirib.


Onun sözlərinə görə, infarktların müalicəsində əldə olunan uğurlara baxmayaraq, statistika göstərir ki, məhz onların ucbatından insanların çoxu həyatını itirir. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO