"Bolt"da endirim qalmaqalı: Sürücülər şirkətin acığını sərnişinlərdən çıxırlar? - FOTO

"Bolt"da endirim qalmaqalı: Sürücülər şirkətin acığını sərnişinlərdən çıxırlar? - FOTO

Hazırda oxunan: "Bolt"da endirim qalmaqalı: Sürücülər şirkətin acığını sərnişinlərdən çıxırlar? - FOTO
263554
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Bolt" tətbiqindən istifadə edənlər çətinliklə qarşılaşıblar.

Bizim.Media xəbər verir ki, tətbiqdən istifadə edən sürücülər şirkətin sərnişinlərə həddən artıq endirim etməsindən narazıdırlar.

Onların sözlərinə görə, 15 manat yazılan gedişin sonunda sərnişin endirim edildiyi üçün cəmi altı manat ödəyir.

Bəzi sürücülər isə qeyd ediblər ki, sərnişin ilə əlaqə saxladıqda iki manatdan artıq endirim edildiyi bildiriləndə sifarişi ləğv edirlər.

Həmçinin tətbiqdən istifadə edərək taksi sifariş edən sərnişinlər isə gözləmə müddətinin çox olmasından şikayətçidirlər.
 

"Mənzilbaşına çatmaq üçün taksi sifariş etdikdə gözləmə müddəti yarım saat, bir saat göstərir. Yarım saat ərzində 13-15 avtomobilin dəyişdiyi hallar da baş verir", - sərnişinlər qeyd ediblər.


Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib. (Oxu.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO