Kartof görün nədən yaranıb - ARAŞDIRMA

Kartof görün nədən yaranıb - ARAŞDIRMA

Hazırda oxunan: Kartof görün nədən yaranıb - ARAŞDIRMA
263249
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yeni tədqiqat nəticəsində kartofun mənşəyi barədə uzun müddətdir davam edən suallara aydınlıq gətirilib.

Bizim.Media xəbər verir ki, Çin Kənd Təsərrüfatı Elmləri Akademiyasının alimləri tərəfindən aparılan genetik analizlərə görə müasir kartof növləri təxminən 9 milyon il əvvəl Cənubi Amerikada vəhşi pomidor bitkisi ilə kartofa bənzər bir başqa bitkinin təbii şəkildə çarpaz tozlanması nəticəsində meydana gəlib.
 

"Cell" jurnalında dərc olunan araşdırmada qeyd olunur ki, bu hibridləşmə hadisəsi nəticəsində ilk dəfə torpaq altında kartofun əsas qida hissəsi formalaşıb. Tədqiqatçılar bu prosesi mümkün edən iki əsas geni də müəyyən ediblər. Pomidorda yeyilən hissə meyvə olduğu halda, kartofda bu hissə torpaqaltı yumrulardır.


Bu hibrid bitki And dağlarının sürətlə yüksəldiyi dövrdə soyuq və quraq iqlimə uyğunlaşaraq geniş yayılıb.

Qeyd edək ki, hazırda dünyada 5 mindən çox kartof növü var və o, insan qidasında düyü və buğdadan sonra üçüncü ən vacib məhsuldur. (Milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO