“Lido” restoranında qanun pozuntuları aşkar edildi

“Lido” restoranında qanun pozuntuları aşkar edildi

Hazırda oxunan: “Lido” restoranında qanun pozuntuları aşkar edildi
26284
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (Xidmət) vergidən yayınma hallarının qarşısının alınması və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir.

Bizim.Media xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Şəmkirdə restoran sahibi polisə yumruq atdı


Məlumatda həmçinin deyilir ki, Xidmətin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ötən gün Binəqədi qəsəbəsi, Atatürk prospekti, 69 ünvanındakı Qarayev Amal Veyis oğluna məxsus “Lido” restoranında operativ vergi nəzarəti tədbiri keçirib.

Nəzarət tədbiri zamanı obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması, nağd ödəmələr zamanı nəzarət kassa aparatına çek vurulmadığı kimi hallar müəyyən edilib.

Aparılan araşdırmalar zamanı 35 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilib.

Fiziki şəxs aşkar edilmiş faktlarla bağlı izahat verməkdən imtina edib və əmək müqaviləsi bağlanmadan işə cəlb olunmuş işçilərin izahat verməsinə mane olub. Sahibkar barədə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyati üzrə Binəqədi rayon məhkəməsinə göndərilib.
 

Eyni zamanda, “Lido” restoranında karantin qaydalarının pozulduğu və toy mərasiminin keçirilməsi faktı da müəyyən edilib. Binəqədi Rayon Polis İdarəsi fiziki şəxs və qonaqlar barədə karantin qaydalarının pozulması haqqında protokollar tərtib edib.


Əmək və vergi qanunvericiliyinin pozulması faktları üzrə araşdırmalar davam edir.

"Qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqavilələrinin bağlanmasını təmin etmək, əhali ilə nağd pul hesablaşmalarının aparılması zamanı nəzarət-kassa aparatlarından istifadə etmək onların vəzifəsidir və bu tələblərin pozulmasına görə qanunvericilikdə ciddi məsuliyyət tədbirləri müəyyən edilib", - deyə Xidmət bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO