Bakıda dəhşətli hadisə - federasiyanın sürücüsü döyülərək öldürüldü - YENİLƏNİB -  FOTO

Bakıda dəhşətli hadisə - federasiyanın sürücüsü döyülərək öldürüldü - YENİLƏNİB -  FOTO

Hazırda oxunan: Bakıda dəhşətli hadisə - federasiyanın sürücüsü döyülərək öldürüldü - YENİLƏNİB -  FOTO
26156
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Nərimanov rayonunda baş vermiş qətl hadisəsinin bəzi təffərüatları məlum olub.

Bizim.Media xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, qətlə səbəb sürücülərdən birinin digərinə yol verməməsi olub.

Nəticədə sürücülər arasında əlbəyaxa dava yaranıb.

***

Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib.

Bizim.Media apa-ya istinadla xəbər verir ki, hadisə Aşıq Molla Cümə küçəsində törədilib.

45 yaşlı Məmmədov Səxavət Səfər oğlu Azərbaycan Avtomobil Federasiyasına məxsus "Mercedes" markalı yük avtomobili ilə hərəkətdə olan zaman 90-FZ-409 dövlət qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü onun qarşısını kəsib.
 

MÖVZU İLƏ BAĞLI:

Mingəçevir sakinini döyə-döyə öldürən şəxs həbs edildi


"Chevrolet"in sürücüsü və sərnişini S.Məmmədovu döyüb. O, aldığı zərbələrdən hadisə yerində dünyasını dəyişib.

Hadisəni törədənlər öz avtomobillərini küçədə qoyaraq ərazidən uzaqlaşıblar.

Əraziyə Nərimanov Rayon Prokurorluğu və Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO