Cəlilabadda göldə balıqlar kütləvi şəkildə tələf olub – FOTO

Cəlilabadda göldə balıqlar kütləvi şəkildə tələf olub – FOTO

Hazırda oxunan: Cəlilabadda göldə balıqlar kütləvi şəkildə tələf olub – FOTO
260991
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cəlilabad rayonunun Pərdi kəndi ərazisində yerləşən göldə balıqlar kütləvi şəkildə tələf olub. Yerli sakinlərin sözlərinə görə, son günlər göldə balıqların tələf olması halları artıb. Onlar bu vəziyyəti su səviyyəsinin kəskin şəkildə aşağı düşməsi ilə əlaqələndirirlər.

Ekoloq Rauf Həsənov Bizim.Media-ya açıqlamasında bildirir ki, belə hallar əsasən yay aylarında müşahidə olunur. 

O, qeyd edir ki, suyun səviyyəsinin aşağı düşməsi oksigen çatışmazlığına səbəb olur ki, bu da balıqlar üçün ölümcül nəticələr yaradır. 
 

Mütəxəssis əlavə edib ki, suyun çirklənməsi, gölə kimyəvi maddələrin axıdılması və yüksək temperaturun yaratdığı istilik şoku da kütləvi balıq ölümlərinə səbəb ola bilər. Hadisənin dəqiq səbəbinin müəyyən olunması üçün laborator analizlər tələb olunur.


Hazırda ərazidə aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Cəlilabadda göldə balıqlar kütləvi şəkildə tələf olub – FOTO - foto 1

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO