Bakıda restorandan çıxan qadının 850 manatlıq əl çantası oğurlandı

Bakıda restorandan çıxan qadının 850 manatlıq əl çantası oğurlandı

Hazırda oxunan: Bakıda restorandan çıxan qadının 850 manatlıq əl çantası oğurlandı
260473
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda restorandan çıxan qadına qarşı quldurluq edilib.

Bizim.Media xəbər verir ki. hadisə paytaxtın Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən "Salam Baku" restoranının həyətində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini olan qadın rəfiqəsi ilə birlikdə adıçəkilən restorana şam yeməyinə gediblər.

Yeməkdən sonra restoranı tərk edən qadınlar həyətə düşərək avtomobilə əyləşiblər. Avtomobil sahibi olan qadın əl çantasını arxa oturacağa qoyub, sükan arxasına keçib. Bu zaman kənardan onları izləyən Ağdam rayon sakini, 2002-ci il təvəllüdlü Aydın Əzimov (ad və soyad şərtidir) avtomobilin arxa qapısını açaraq maşına daxil olub. O, qadının 850 manat dəyərində olan əl çantasını götürərək hadisə yerindən qaçıb.
 

Hadisədən özünü itirməyən qadın sürücü avtomobildən düşərək oğrunun arxasınca qaçıb. Təxminən 100 metr məsafə qət etdikdən sonra Aydın yol kənarındakı səkiyə ilişərək yıxılıb. O, qadının yaxınlaşdığını görüb çantanı ataraq qaçıb.


Qadının müraciətindən sonra hadisə yerinə polis əməkdaşları gəliblər. Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Aydın Əzimova 2 il 9 ay azadlığın məhdudlaşdırılması cəzası verilib və ona elektron qolbaq tətbiq olunub. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO