Moderator.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin Tibb məntəqəsinin rəisi,xa0 gömrük xidməti polkovniki İlkin Osmanov deyib. İ.Osmanovun bildirib ki, mərkəzdə bununla yanaşı, itlərə yüksək səviyyədə tibbi xidmət də göstərilir:
“Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin Tibb məntəqəsi 2003-cü ildə istifadəyə verilib, ərazisi 4 hektara yaxındır. Ərazidə inzibati bina, baytarlıq klinikası, axtarış itlərinin saxlanması üçün saxlanc yerləri, mətbəx və sair avadanlıqlar var. Bizim əsas istiqamətimiz narkotik vasitələr, silah-sursat, tütün və digər özünə lazım olan spesifik iyləri tapan xidməti itləri hazırlamaqdır.xa0
Hazırda mərkəzimizdə altmış baş xidməti axtarış iti var. Biz hətta 12 dövlətə xidməti axtarış itləri vermişik və onların təlimçiləri bizim mərkəzin bazasında təlim keçiblər. Biz bala itləri damazlıq və dölçülük bölməmizdə yetişdiririk. Mərkəzimizdə bir çox it növləri var. Orta hesabla bir itin illik saxlanma xərci 1000-2000 manatdır”.xa0
Bununla yanaşı mərkəzinxa0 həkimi Sevinc Hacıyeva itlərin dişlərində olan ərplərin təmizlənməsi prosesini həyata keçirir. S.Hacıyeva bildirib ki, insanda olduğu kimi, itə də ağrıkəsici dərman vurulur. Bundan sonra ultrasəs skeler vasitəsi ilə dişlərin təmizlənməsi prosesi həyata keçirilir.xa0


Vasif Əlihüseyn



































































































