Cahid Şahbazova cinayət işi açıldı – FOTO

Cahid Şahbazova cinayət işi açıldı – FOTO

Hazırda oxunan: Cahid Şahbazova cinayət işi açıldı – FOTO
259810
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl vətəndaş Humay Əliyeva məşhur oftalmoloq Cahid Şahbazov tərəfindən uğursuz əməliyyat keçirdiyini bildirmişdi. Qadın əməliyyatdan sonra gözünün kor olduğunu demişdi.

Bizim.Media xəbər verir ki, sözügedən şikayətlə bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş açılıb. Cahid Şahbazov istintaqa cəlb edilib.

Xatırladaq ki, Humay Əliyeva üzləşdiyi vəziyyətlə bağlı tibbi ekspertizanın təyin edildiyini və gözündə uğursuz əməliyyat olunmasının təsdiqləndiyini əlavə etmişdi.
 

H.Əliyeva məsələni sosial şəbəkə hesablarında ictimailəşdirəndən sonra onun videomüraciətinə tanınmış stilist Anar Ağakişiyev də rəy bildirərək oxşar problemlə üzləşdiyini qeyd etmişdi.


Oftalmoloqun vəkili Asim Abbasov isə açıqlamasında bildirmişdi ki, Humay Əliyevanın iddiaları tamamilə yalan və böhtan xarakterlidir. (Qafqazinfo.az)

Cahid Şahbazova cinayət işi açıldı – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO