Yeməkdən dərhal sonra qəhvə içmək olmaz - SƏBƏBİ

Yeməkdən dərhal sonra qəhvə içmək olmaz - SƏBƏBİ

Hazırda oxunan: Yeməkdən dərhal sonra qəhvə içmək olmaz - SƏBƏBİ
258876
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir çox insanlar üçün yeməkdən sonra bir fincan qəhvə içmək adi bir vərdişdir.

Bizim.Media xəbər verir ki, lakin bu vərdişin həzm sistemi və ümumi sağlamlıq üçün nə qədər faydalı olub-olmadığını anlamaq vacibdir.

Yeməkdən sonra qəhvə içmək vərdişi bəzi sağlamlıq riskləri daşıya bilər. İnsanlar günorta yeməyindən sonra yorğunluğu və yuxululuğu aradan qaldırmaq üçün qəhvəyə üstünlük verirlər. Bu, ilk baxışda enerjinizi artırır və sizi yenidən iş rejiminə qaytarır. Lakin bu vərdiş orqanizm üçün o qədər də faydalı deyil.

Niyə yeməkdən dərhal sonra qəhvə içmək tövsiyə olunmur?

Qəhvə bədəndə enerji hissi yaratsa da, bəzən qida maddələrinin mənimsənilməsini çətinləşdirir. Qəhvənin tərkibində olan tanin maddəsi, xüsusilə dəmirin sorulmasına mane olur. Bu maddə, meyvə və tərəvəzlər kimi heyvani mənşəli olmayan dəmir mənbələri ilə birləşərək, orqanizmdən istifadə olunmadan xaric olur.

Kimlər xüsusilə ehtiyatlı olmalıdır?

Əgər sizdə artıq dəmir çatışmazlığı varsa və ya belə bir meyillilik mövcuddursa, yeməkdən sonra qəhvə içmək mütləq tövsiyə olunmur. Bu, orqanizmin dəmir ehtiyatlarını daha da azalda bilər və anemiyaya səbəb ola bilər. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO