125 Pakistan vətəndaşı İrandan Azərbaycana təxliyə edildi – FOTO

125 Pakistan vətəndaşı İrandan Azərbaycana təxliyə edildi – FOTO

Hazırda oxunan: 125 Pakistan vətəndaşı İrandan Azərbaycana təxliyə edildi – FOTO
255717
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

125 Pakistan vətəndaşı Azərbaycan vasitəsilə İrandan təxliyə edilib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin “X” hesabında açıqlayıb.

Səfir sözügedən şəxslərin Bakıdan Lahora yola salındıqlarını bildirib:

“Pakistan xarici işlər naziri Məhəmməd İshaq Darın göstərişi ilə Pakistanın Azərbaycandakı Səfirliyi İrandan 125 vətəndaşını uğurla təxliyə edib. Bu gün onlar Bakıdan Lahora təhlükəsiz şəkildə göndərilib”.

Pakistanın XİN rəhbəri isə öz növbəsində İrandan təxliyə olunan Pakistan vətəndaşlarının qəbuluna görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib:

“Eyni zamanda, qardaşım Ceyhun Bayramova və Azərbaycan Xarici İşlər Nazirliyinə, Astara sərhəd keçid məntəqəsindəki Azərbaycanın bütün hökumət rəsmilərinə bu çətin zamanda göstərdikləri sürətli yardım üçün səmimi minnətdarlığımı bildirmək istəyirəm. Pakistan Beynəlxalq Hava Yollarına məxsus təyyarə bu gün həmin 125 nəfəri Azərbaycandan Pakistana gətirəcək”.

125 Pakistan vətəndaşı İrandan Azərbaycana təxliyə edildi – FOTO - foto 1
125 Pakistan vətəndaşı İrandan Azərbaycana təxliyə edildi – FOTO - foto 2
125 Pakistan vətəndaşı İrandan Azərbaycana təxliyə edildi – FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO