Bakının su təminatı nə vaxt tam bərpa olunacaq? – RƏSMİ AÇIQLAMA

Bakının su təminatı nə vaxt tam bərpa olunacaq? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bakının su təminatı nə vaxt tam bərpa olunacaq? – RƏSMİ AÇIQLAMA
255692
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Hazırda Oğuz-Qəbələ-Bakı su kəməri vasitəsilə ötürülən su Bakı şəhəri və Abşeron yarımadasının mərkəzi su anbarlarına dolmaqdadır”.

Bizim.Media xəbər verir ki, bu barədə “Trend.az”ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.

Bildirilib ki, xəttə aparılan təmir işləri ərazində mövcud, həmçinin ehtiyat anbarlardan istifadə nəticəsində suyun səviyyəsində ciddi azalma müşahidə olunduğu üçün hazırda həmin anbarların doldurulması prosesi icra edilir.

"Anbarların lazımi həcmdə su ilə təmin olunmasından sonra abonentlərə suyun ötürülməsi mərhələli şəkildə bərpa olunacaq", - məlumatda qeyd olunub.
 

Qeyd edək ki, iyunun 16-dan etibarən Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar Bakı şəhəri və Abşeron yarımadasının əksər ərazilərinə su təchizatında müvəqqəti fasilə yaranıb.


ADSEA Oğuz-Qəbələ-Bakı su kəmərində işlər yekunlaşdıqdan sonra suyun 20 iyun tarixindən əvvəlki rejimlə verilməsi bərpa olunacağını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO