Qadağa tanımayan “CƏRRAH”LAR - Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir – ARAŞDIRMA - FOTO

Qadağa tanımayan “CƏRRAH”LAR - Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir – ARAŞDIRMA - FOTO

Hazırda oxunan: Qadağa tanımayan “CƏRRAH”LAR - Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir – ARAŞDIRMA - FOTO
255513
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bildiyimiz kimi, bir neçə qurumun səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası tərəfindən plastik cərrahların sənədləri araşdırılıb. Nəticədə komissiyaya sənədləri təqdim edilən 100-ə yaxın həkimdən 42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib.

Fəaliyyətinə icazə verildiyi həkimlərin siyahısında daha çox uğursuz işləri ilə məşhurlaşan plastik cərrahlardan bir neçəsinin adı yoxdur. Buna baxmayaraq, həmin cərrahlar yenə də iş başındadırlar.

Könül Ağamirova

Qadağa tanımayan “CƏRRAH”LAR - Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir – ARAŞDIRMA - FOTO - foto 1


Bizim.Media-nın əldə etdiyi məlumata görə, lisenziyası ləğv edilən həkimlərdən Könül Ağamirova hazırda “Milan VİP” hospitalında plastik cərrah kimi çalışır.

Xatırladaq ki, Könül Ağamirovanın adı pasiyentlərin şikayətlərində tez-tez yer çəkilib. Sosial şəbəkədə əməkdar artist Aybəniz Haşımovanın qızı, bloqer Aynişan Quliyeva da cərrahı sərt tənqid edib. Bundan başqa, plastik cərrahın adı ötən ilin noyabrında jurnalist Qənirə Ataşovanın saxta yollarla plastik cərrahiyə şəhadətnaməsi alan bəzi estetik cərrahlarla bağlı siyahısında da yer alıb.

Şövkət Əliyeva

Qadağa tanımayan “CƏRRAH”LAR - Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir – ARAŞDIRMA - FOTO - foto 2


Bundan başqa, “Azərtürkmed” klinikasının cərrahı Şövkət Əliyeva da elə həmin klinikada öz fəaliyyətini davam etdirir.

Səkinə Xudiyeva

Qadağa tanımayan “CƏRRAH”LAR - Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir – ARAŞDIRMA - FOTO - foto 3


Mətbuatda zaman-zaman uğursuz əməliyyatlarları ilə bağlı şikayətlər dərc olunan plastik cərrah Səkinə Xudiyeva da fəaliyyətinə icazə verilməyən həkimlər siyahısındadır. Lakin o, hazırda öz pasiyentlərinə “Badam” klinikasında xidmət göstərməkdə davam edir.

Səbinə İsmayılova

Qadağa tanımayan “CƏRRAH”LAR - Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir – ARAŞDIRMA - FOTO - foto 4


Plastik cərrah kimi fəaliyyətinə icazə verilməyən daha bir həkim Səbinə İsmayılova da öz fəaliyyətini dayandırmayıb. O da “Badam” klinikasında plastik cərrah kimi öz xidmətini davam etdirir.

Nigar Məmmədova

Qadağa tanımayan “CƏRRAH”LAR - Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir – ARAŞDIRMA - FOTO - foto 5


Adı məlum siyahıda olmayan daha bir həkimin səhvindən isə 37 yaşlı Arzu Sadıqova adlı pasiyent vəfat edib. Bu isə “Mərcan” klinikasının ümumi cərrahı, eyni zamanda “MedAura” klinikasının baş həkimi olan Nigar Məmmədovadır. Pasiyent Nigar Məmmədova tərəfindən icra olunan abdominoplastika və liposaksiya əməliyyatından ölüb. Yoxlamalar zamanı həkimin müvafiq sertifikasiyadan keçmədən plastik cərrah kimi fəaliyyət göstərdiyi faktı aşkarlanıb və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO