
- A-
- A
- A+
Cəmiyyət
21:10 / 20.06.2021
1 dəq oxunma
Ağsuda döyülən yeniyetmə öldü
Hazırda oxunan: Ağsuda döyülən yeniyetmə öldü
25537
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
İyunun 15-də həmkəndlisi tərəfindən döyülən 14 yaşlı yeniyetmə vəfat edib.
Bizim.Media xəbər verir ki, rayonun Qaraqaşlı kənd sakini, 2007-ci il təvəllüdlü Məmişov Nihad Vüqar oğlu bu gün xəstəxanada vəfat edib.
MÖVZU İLƏ BAĞLI:
Ağsuda 14 yaşlı yeniyetmə həmkəndlisi tərəfindən döyüldü
Qeyd edək ki, o, aralarında yaranan mübahisə zəminində həmkəndlisi tərəfindən döyülərək ağır xəsarətlər almışdı.
N.Məmişov əvvəlcə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilmişdi.
Yeniyetməyə xəsarət yetirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































