Onlar da İrandan təxliyyə olunaraq Azərbaycan sərhədini keçdilər

Onlar da İrandan təxliyyə olunaraq Azərbaycan sərhədini keçdilər

Hazırda oxunan: Onlar da İrandan təxliyyə olunaraq Azərbaycan sərhədini keçdilər
254911
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Federasiyasının tanınmış kollektivlərindən biri – Pyotr İlyiç Çaykovski adına Böyük Simfonik Orkestrin musiqiçiləri Azərbaycan sərhədini keçiblər.

Bizim.Media xəbər verir ki, musiqiçilər İranla İsrail arasında baş verən son gərginlik fonunda İranda yaranan təhlükəsizlik riski səbəbindən təxliyə olunan xarici vətəndaşlar arasında yer alıblar. 

Onlar İran ərazisində baş tutmalı olan bir sıra mədəni tədbirlərdə iştirak etmək məqsədilə bu ölkəyə səfər etmişdilər.

Lakin bölgədəki son hadisələr səbəbindən tədbirlər təxirə salınıb və musiqiçilərin təhlükəsiz şəkildə ölkədən çıxarılması qərara alınıb.

Çaykovski adına orkestrin üzvləri Astara sərhəd buraxılış məntəqəsi vasitəsilə Azərbaycana daxil olublar. Hazırda onlar Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilib və Rusiya Federasiyasına dönüşləri üçün logistik tədbirlər həyata keçirilir.
 

Məlumata görə, musiqiçilər arasında tanınmış dirijorlar, skripkaçılar və digər simfonik musiqi ifaçıları da var. Onların səhhətində hər hansı bir problem qeydə alınmayıb. Məsələ Rusiya və Azərbaycan müvafiq qurumları arasında koordinasiyalı şəkildə həll olunur.


Qeyd edək ki, Çaykovski adına Böyük Simfonik Orkestr dünya miqyasında tanınan və zəngin musiqi ənənələrinə malik kollektivdir. Onların Azərbaycan ərazisindən keçərək təhlükəsiz zonaya çatdırılması regional əməkdaşlığın və humanitar dəstəyin nümunəsi kimi qiymətləndirilir.


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO