Azərbaycana 8 milyondan çox həşərat gətirildi: Əsas səbəb nədir? – VİDEO

Azərbaycana 8 milyondan çox həşərat gətirildi: Əsas səbəb nədir? – VİDEO

Hazırda oxunan: Azərbaycana 8 milyondan çox həşərat gətirildi: Əsas səbəb nədir? – VİDEO
254283
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycana bu il 8 milyon 509 mindən çox həşərat gətirilib. İdxalın 95 %-i Rusiyanın payına düşüb. Mərakeşdən və Belçikadan da az həşərat gətirilməyib.

Maraqlıdır, 8 milyon həşərat ölkəyə hansı məqsədlə gətirilib?

Bizim.Media “Baku TV”yə istinadən xəbər verir ki, mütəxəssislər bu həşəratların qida məqsədilə gətirildiyini istisna etmirlər.

Belə ki, Qərbi Afrika ölkələri, Çin, Yaponiya kimi Şərqi Asiya ölkələrinin mətbəxində də həşəratlardan təam kimi istifadə olunur. O ki qaldı 8 milyondan çox həşəratı Azərbaycana kim və hansı məqsədlə gətirib, bu barədə Gömrük Komitəsindən bildirilib ki, məsələ kommersiya sirri olduğu üçün heç bir məlumat verilə bilməz.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) isə mövzu ilə bağlı sualları belə cavablandırıb:

"Bu faydalı həşərat və orqanizmlər elmi-tədqiqat, kənd təsərrüfatı və təbii ekosistemlərdə zərərvericilərə qarşı mübarizə aparmaq və ətraf mühitin sağlamlığının qorunması məqsədilə istifadə olunur. Bioloji mübarizə məqsədilə istifadə edilən bu həşəratların üstünlükləri ondan ibarətdir ki, kimyəvi mübarizədən fərqli olaraq bitkilərə qalıcı təsir göstərmir, ekoloji zərər vermir, torpağın münbitliyi qorunduğu üçün növbəti illərdə məhsuldarlıq artır. Bundan əlavə, ixrac üçün yetişdirilən məhsullarda pestisid qalığı riski sıfıra yaxın olur".

Ətraflı süjetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO