Lənkəranda ağır qəza: 5 nəfər xəsarət aldı – FOTO

Lənkəranda ağır qəza: 5 nəfər xəsarət aldı – FOTO

Hazırda oxunan: Lənkəranda ağır qəza: 5 nəfər xəsarət aldı – FOTO
253994
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lənkəranda ağır yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Girdəni kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobillə "Mercedes" markalı nəqliyyat vasitəsi toqquşub.
 

Qəza nəticəsində Lənkəran rayonunun Havzava kəndindən olan 5 nəfər — 1976-cı il təvəllüdlü Kəsirə Sabir qızı Xudaverdiyeva, 1984-cü il təvəllüdlü Kərim Mərhəmət oğlu Əliyev, eləcə də 2010-cu il təvəllüdlü A.Xudaverdiyev, 2011-ci il təvəllüdlü K.Kərimli və 2012-ci il təvəllüdlü A.Kərimli — müxtəlif xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdiriliblər.


K.Xudaverdiyeva və K.Əliyev xəstəxananın cərrahiyyə şöbəsinə köçürülüblər. Digər yaralıların müalicəsi təcili yardım şöbəsində davam etdirilir.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Lənkəranda ağır qəza: 5 nəfər xəsarət aldı – FOTO - foto 1
Lənkəranda ağır qəza: 5 nəfər xəsarət aldı – FOTO - foto 2
Lənkəranda ağır qəza: 5 nəfər xəsarət aldı – FOTO - foto 3


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO