Meteor yağışı OLACAQ – Bakıda da görə biləcəyik

Meteor yağışı OLACAQ – Bakıda da görə biləcəyik

Hazırda oxunan: Meteor yağışı OLACAQ – Bakıda da görə biləcəyik
253914
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gündüz Arietid meteor yağışı bu gün özünün ən pik nöqtəsinə çatacaq.

Bu barədə Bizim.Media-ya BDU-nun Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, aprelin 14-dən başlayan meteor yağışı iyunun 24-dək davam edəcək və gündüz Arietid meteor yağışı bu gün ən yüksək fəallığa malik olacaq.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, meteor yağışının pik nöqtəsinə çatması iyunun 10-u Bakı vaxtı ilə saat 18:00 üçün gözlənilir. Bu səbəbdən ən yaxşı müşahidə şəraiti iyunun 11-i səhər saatlarında olacaq. Pikdə bu meteor selinin saatda təxminən 50 meteor buraxacağı gözlənilir. Bakıda isə saatda 15 meteor görə bilərik.

Gündüz Arietid meteor yağışının 1989-cu ildə kəşf olunmuş, 8.5 il dövrü perioda malik “121P/Shoemaker-Holt” adlı kometlə əlaqəli olduğu qəbul olunurdu. Lakin sonradan astronomlar onun 1949-cu ildə kəşf olunmuş “Ikarus” adlı asteroiddən qaynaqlanma ehtimalını da araşdırdılar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO