Leyla Əliyevanın təşəbbüsü ilə növbəti qurban payları ailələrə təqdim olundu - FOTO

Leyla Əliyevanın təşəbbüsü ilə növbəti qurban payları ailələrə təqdim olundu - FOTO

Hazırda oxunan: Leyla Əliyevanın təşəbbüsü ilə növbəti qurban payları ailələrə təqdim olundu - FOTO
253623
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə dəstək məqsədilə həyata keçirilən “Bizim Mətbəx” sosial layihəsi çərçivəsində xeyriyyə aksiyası davam edir.

IDEA-dan Bizim.Media-ya bildirilib ki, xeyriyyə aksiyasının növbəti ünvanı Bakı şəhərinin Nərimanov rayonu olub. Burada yaşayan 100 aztəminatlı ailəyə bayram münasibətilə qurban paylarından ibarət qida qutuları təqdim edilib.

Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim Mətbəx" sosial layihəsinin əsas məqsədi aztəminatlı ailələrə və ehtiyacı olan şəxslərə isti yeməklər və qida yardımları təqdim edərək cəmiyyətimizdə həmrəylik ruhunu daha da gücləndirməkdir. Fəaliyyətə başladığı gündən etibarən "Bizim Mətbəx" könüllüləri Bakı və ətraf bölgələrdə yaşayan yüz minlərlə insana isti yeməklər və qida yardımları təqdim edərək onların gündəlik həyatına isti münasibət və ümid bəxş etməyə nail olublar.

Qeyd edək ki, “Bizim Mətbəx” layihəsinin veb-saytı (//bizimmetbex.az/) istifadəyə verilib və insanlar üçün ianə etmə və könüllü kimi qoşulma imkanları yaradılıb.

Leyla Əliyevanın təşəbbüsü ilə növbəti qurban payları ailələrə təqdim olundu - FOTO - foto 1
Leyla Əliyevanın təşəbbüsü ilə növbəti qurban payları ailələrə təqdim olundu - FOTO - foto 2
Leyla Əliyevanın təşəbbüsü ilə növbəti qurban payları ailələrə təqdim olundu - FOTO - foto 3
Leyla Əliyevanın təşəbbüsü ilə növbəti qurban payları ailələrə təqdim olundu - FOTO - foto 4
Leyla Əliyevanın təşəbbüsü ilə növbəti qurban payları ailələrə təqdim olundu - FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO