Qramla satılan ətirlər barədə QORXULU FAKTLAR - VİDEO

Qramla satılan ətirlər barədə QORXULU FAKTLAR - VİDEO

Hazırda oxunan: Qramla satılan ətirlər barədə QORXULU FAKTLAR - VİDEO
250827
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gözəl görünmək qədər gözəl ətirlə yadda qalmaq da vacib şərtdir. Amma bəzən zövqümüzlə cibimiz üst-üstə düşmür və belə olan halda ağla qramlıq ətir kimi alternativ vasitələr gəlir.

Bizim.Media xəbər verir ki, Baku TV-nin paytaxt sakinləri arasında keçirdiyi sorğunun nəticələri də göstərib ki, əksəriyyət daha çox cibinə uyğun qiymətə, yəni ətriyyatçıdan qramla aldığı parfümlərə üstünlük verir.
 

Dermatoloqlar isə həyəcan təbili çalırlar. Hesab edirlər ki, bu cür ətirlər insan dərisində müəyyən fəsadlara, hətta xərçəngə səbəb ola bilər.


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövzu ilə bağlı açıqlamasında bildirib ki, bəzi istehsalçılar parfümeriya məhsullarının etiketində buraxılma tarixi və son yararlılıq müddəti haqqında məlumatı göstərmirlər:

"Monitorinq aparsaq, görərik ki, əksər parfümeriya məhsullarının üzərində bu göstərici yoxdur. Ən brend mağazalarda belə parfümeriya məhsulları ya vaxtı keçmiş, ya da saxta olur. Üstəlik, qramla ətirlər meydana çıxıb ki, bu da parfümeriya bazarının necə bərbad vəziyyətdə olduğunu göstərir".

Daha ətraflı Baku TV-nin süjetində:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO