Yevlaxda 12 yaşlı oğlana məcburi narkotik verilməsi iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA

Yevlaxda 12 yaşlı oğlana məcburi narkotik verilməsi iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Yevlaxda 12 yaşlı oğlana məcburi narkotik verilməsi iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA
250723
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verildiyi kimi Yevlaxda 12 yaşlı oğlana tanımadığı şəxs tərəfindən məcburi narkotik verildiyi iddia olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Yevlaxda azyaşlıya məcburi narkotik verilib? – VİDEO


Bu iddianı azyaşlının anası Gülmirə Əliyeva irəli sürüb. Onun sözlərinə görə, övladı mağazadan qayıdarkən uca boylu, qara geyimli şəxs əvvəlcə ona suallar verib, daha sonra isə ağzına nəsə sürtüb. Bu zaman uşaq qışqırıb, yerə tüpürüb. Həmin şəxs isə qaçıb. Uşaq oradaca huşunu itirib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya bildirilib ki, Yevlaxda azyaşlıya narkotik verilməsi iddiaları araşdırılıb. Azyaşlının müvafiq narkoloji tibbi ekspertizadan keçirilməsi təmin olunub. Onda hər hansı narkoloji qalıq aşkarlanmayıb.

Araşdırmalarla digər xüsuslar da yoxlanılıb, iddialar təsdiqini tapmayıb.


Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO