Bu içki qaraciyəri MƏHV EDİR – Pivə və araq deyil

Bu içki qaraciyəri MƏHV EDİR – Pivə və araq deyil

Hazırda oxunan: Bu içki qaraciyəri MƏHV EDİR – Pivə və araq deyil
250246
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gündəlik həyatda zərərsiz kimi qəbul edilən bəzi içkilər, əslində, qaraciyər üçün son dərəcə təhlükəlidir.

Bizim.Media xəbər verir ki, həkimlərin xəbərdarlığına və son araşdırmalara əsasən, xüsusilə şirinləşdirilmiş qazlı içkilər, həmçinin enerji içkiləri qaraciyər hüceyrələrinə ciddi ziyan vurur.

Mütəxəssislər bildirirlər ki, bu içkilərin tərkibində olan yüksək miqdarda fruktoza, süni dadlandırıcılar və kimyəvi qatqılar qaraciyərdə yağ yığılmasına səbəb olur.

Uzun müddət istehlakı isə yağlı qaraciyər xəstəliyi, iltihablı proseslər və qaraciyər funksiyalarının zəifləməsi ilə nəticələnə bilər.

Qastroenteroloqların sözlərinə görə, insanlar alkoqolsuz içkilərin zərərsiz olduğunu düşünərək onlardan çox istifadə edirlər. Araq və pivə qədər zərərli olmasa da, qazlı və enerji içkiləri müntəzəm istifadə olunduqda qaraciyərdə bərpası çətin olan dəyişikliklərə səbəb ola bilər. Bu, xüsusilə uşaqlar və yeniyetmələr üçün daha təhlükəlidir.

Əgər qaraciyərinizi qorumaq istəyirsinizsə, şirin qazlı içkilər və enerji içkilərindən uzaq durun, təbii su, bitki çayları və şəkərsiz meyvə suları daha sağlam alternativlərdir. (Musavat.com)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO