Bakalavr təhsili 4 ildən 3 ilə ENDİRİLİR? – MÜHÜM AÇIQLAMA

Bakalavr təhsili 4 ildən 3 ilə ENDİRİLİR? – MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Bakalavr təhsili 4 ildən 3 ilə ENDİRİLİR? – MÜHÜM AÇIQLAMA
250096
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ali təhsil sistemində aparılan islahatlar çərçivəsində bakalavr təhsilinin müddətinin 4 ildən 3 ilə endirilməsi məsələsi gündəmə gəlib.

Mümkün dəyişikliklərlə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Elçin Əfəndi bu yanaşmanın bəzi ixtisaslar üzrə tətbiq oluna biləcəyini bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda attestatla ali məktəblərə qəbul MÜMKÜN OLACAQ?


Ekspertin sözlərinə görə, laboratoriya şəraiti tələb etməyən ixtisaslar üzrə təhsil müddətinin azaldılması mümkündür:

“Bəzi ixtisas istiqamətləri üzrə, xüsusilə laboratoriya şəraiti bir o qədər də tələb olunmayan sahələrdə bakalavr təhsilinin müddəti 4 ildən 3 ilə endirilə bilər. Hazırda ali təhsil müəssisələrində bakalavr pilləsində tədris olunan bəzi fənlərin ixtisasla birbaşa əlaqəsi yoxdur. Bu qeyri-ixtisas fənlərinin azaldılması və ya proqramdan çıxarılması təhsil müddətinin qısaldılmasına şərait yarada bilər.”

Ekspert qeyd edib ki, xüsusilə informasiya texnologiyaları, kompüter mühəndisliyi və bu istiqamətdəki digər ixtisaslar üzrə kadr hazırlığı daha çevik şəkildə təşkil olunmalıdır:

“Əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanması üçün belə bir qərarın verilməsi müsbət addımdır. Əgər hər 3 ildən bir müvafiq istiqamət üzrə kadr hazırlığı həyata keçirilərsə, bu həm ali təhsil sisteminə, həm də iqtisadi inkişaf proseslərinə müsbət təsir göstərə bilər”.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO