Zərərçəkmiş: “Ermənilər mülki şəxsləri mühasirəyə salıb məhv etdilər”

Zərərçəkmiş: “Ermənilər mülki şəxsləri mühasirəyə salıb məhv etdilər”

Hazırda oxunan: Zərərçəkmiş: “Ermənilər mülki şəxsləri mühasirəyə salıb məhv etdilər”
248937
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun Başlıbel kəndinin əhalisinin məhv edilməsi zamanı zərərçəkmiş şəxs Elşad Alışov ifadə verib.

Bizim.Media xəbər verir ki, E.Alışov Kəlbəcər işğal olunandan sonra Başlıbeli tərk etmək məcburiyyətində qaldıqlarını, bu zaman anası, bacısı, balaca qardaşı, əmisi qızları və əmisi gəlini ilə birlikdə maşınla tunel istiqamətindən rayonu tərk etmək istədiklərini deyib.
 

“Ermənilər bütün tuneli mühasirəyə almışdılar. Oradan keçərkən maşınımızı atəşə tutdular. Nəticədə anam ayağından yaralandı, güllə bacımın ağzının içindən girib o biri tərəfdən çıxmışdı. Anamı kürəyimə alıb 300 metr apardım, amma qardaşım istisna nə onu, nə də digərlərini çıxara bilmədim. Onlardan indiyədək xəbər yoxdur”, - deyə E.Alışov bildirib.


Yola qonşuları Yusiflə birgə çıxdıqlarını bildirən zərərçəkmiş şəxs onların olduğu maşının vurulduğunu da diqqətə çatdırıb. O, daha sonra deyib:

“Yusif maşından 50-60 metr kənarda yaralı idi. Onun qardaşı ölmüşdü, həyat yoldaşı və bacısı qızı isə yaralı idi”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO