Hindistan şirkəti 4-cü dəfə Azərbaycandakı ermənilər üçün sərgi-satışı keçirdi -  FOTOLAR

Hindistan şirkəti 4-cü dəfə Azərbaycandakı ermənilər üçün sərgi-satışı keçirdi - FOTOLAR

Hazırda oxunan: Hindistan şirkəti 4-cü dəfə Azərbaycandakı ermənilər üçün sərgi-satışı keçirdi - FOTOLAR

248898
“Sitara” şirkəti 2019-cu il martın 2-də 30 iş adamının iştirakıyla Xankəndində yeni sərgi də keçirəcək…xa0

Noyabrın 23-də Azərbaycanın erməni işğalı altındakı Xankəndi şəhərində Hindistan mallarının sərgi-satışı açılıb.xa0

Moderator.az xəbər verir ki, bu haqda separatçı nəşrlərdən birinin ingilis versiyası məlumat yayıb. Sərgi dekabrın 7-dək davam edəcək. Hindistanın “Sitara” şirkətinin direktoru Navab Ansari artıq Qarabağda 4-cü dəfədir belə sərgi keçirdiklərini bildirib.xa0

Şirkətin Hindistanın müxtəlif şəhərlərində fəaliyyət göstərən 12 nümayəndəsi Xankəndindəki ermənilərxa0 üçün 16 pavilyon təşkil edib. Sərgidə müxtəlif hind malları: mebel, geyim, əl işləri, ədviyyat və s. satılır. Hind şirkət rəhbəri sərginin sonuncu günü dekabrın 7-də məişət cihazları və digər malların uduşa qoyulacağıxa0 lotereya oynanılacaq. N.Ansari Xankəndindəxa0 xüsusi Hindistan mağazası da açacağını vəd edib.

“Sitara” şirkətinin 2019-cu il martın 2-də 30 iş adamının iştirakıyla Azərbaycanın işğal altındakı torpaqlarında yeni sərgi keçirəcəyi də məlum olub…xa0

P.S. Bəyanat, nota, görüş, çıxış, danışıq, monitorinq bol olarsa, basılmaz vətən!..





Sultan Laçınxa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO