Onkoloji xəstənin növbəsi 811-dir - DETALLAR

Onkoloji xəstənin növbəsi 811-dir - DETALLAR

Hazırda oxunan: Onkoloji xəstənin növbəsi 811-dir - DETALLAR
248805
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdən əziyyət çəkir. Biri var belində ağrı var, 3-5 gün insan dözər, ağrıkəsici istifadə edər. Biri də var onkoloji xəstəsən".

Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı Mehman Rəsulov "Xəbər-ertəsi" proqramında deyib. O, dövlət xəstəxanasındakı növbədən şikayətlənib:

"İcbari sığorta ilə həmin xəstəni özəl bir xəstəxanaya yönləndirə bilərlər. Mən inanmıram ki, hansısa özəl xəstəxanada sən növbədə 811-ci adam olasan. Adam səhər 5-də 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) icbari tibbi sığortadan yararlanıb, amma onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir? 811 diviziya nömrəsidir. Allah heç kimi 811-ci növbədə etməsin. Bizim əhalimizin sayı 50 milyon deyil. Onkoloji xəstənin saniyəsi qızıldır.

Aparıcı Aytən Səfərova isə məsələ ilə bağlı bunları deyib:

"Hər özəl klinikada da MRT aparatı yoxdur. İcbari tibbi sığortadan kifayət qədər yararlanan insanlar var. Yararlanan insanlar səsini çıxarmır, gedib işi ilə məşğul olur. Bir çoxumuz ağız-burun büzürük. Amma inanın ki, növbədə 900-cü adamlar da var. Mədə-bağırsaq, beyin xəstələri də var. Onlar da xəstəliklərinə görə MRT aparatı üçün növbə gözləyir". (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO