
- A-
- A
- A+
Cəmiyyət
08:15 / 06.05.2025
1 dəq oxunma
Qəzada yaralanan sürücü xəstəxanada VƏFAT ETDİ – FOTO
Hazırda oxunan: Qəzada yaralanan sürücü xəstəxanada VƏFAT ETDİ – FOTO
247836
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Oğuzun Bayan kəndində üç gün əvvəl baş verən qəzada sürücü ağır yaralanmış, sərnişini isə hadisə yerində ölmüşdü.
Bu barədə Bizim.Media-nın yerli bürosuna Şəki Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Qeyd olunur ki, Oğuz-Bayan yolunda may ayının 3-də “Toyota” markalı avtomobilin ağaca çırpılması nəticəsində 25 yaşlı Ürfan Məcidov hadisə yerində ölmüş, sürücü 29 yaşlı Kənan Əzizov əvvəlcə Oğuz Rayon Xəstəxanasına, daha sonra isə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılmışdı.
Bütün tibbi müdaxiləyə, həkimlərin səyinə baxmayaraq o, vəfat edib.
Faktla bağlı Oğuz rayon polis şöbəsində araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































