Azərbaycanda milyonlarla borcu olan 2 şirkət bağlandı

Azərbaycanda milyonlarla borcu olan 2 şirkət bağlandı

Hazırda oxunan: Azərbaycanda milyonlarla borcu olan 2 şirkət bağlandı
246712
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda milyonlarla manat vergi borcu olan şirkətlər ləğv olunub.

Bizim.Media xəbər verir ki, bunlar “ALTİS” və “KOMETA-A” şirkətləridir. Hər iki MMC “Azlayihə İnşaat” şirkətinə qoşularaq ləğv olunduğunu elan edib.

Məlumat üçün bildirək ki, “ALTİS” şirkətinin hazırda 3 517 315,86 manat, “KOMETA-A” şirkətinin isə 1 312 046,04 manat vergi borcu var.

Bundan əlavə, həmin şirkətlərin qoşulduğu “Azlayihə İnşaat” MMC-nin də dövlət qarşısında yığılmış külli miqdarda vergi borcu mövcuddur. Onun vergi borcunun miqdarı 6 142 328,10 manat təşkil edir.

Qeyd edək ki, ləğv olunan şirkətlər 2009-cu ildə dövlət qeydiyyatına alınıb. “ALTİS”in qanuni təmsilçisi Mahmudov Cavid Fuad oğlu, “KOMETA-A”nın qanuni təmsilçisi isə Eyvazov Samran Tahir oğludur.

2012-ci ildə dövlət qeydiyyatına alınan “Azlayihə İnşaat”ın isə qanuni təmsilçisi Hüsyenov Talıb Sabir oğludur. (İqtisadiyyat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO