DİN-dən avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ – FOTO-VİDEO

DİN-dən avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ – FOTO-VİDEO

Hazırda oxunan: DİN-dən avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ – FOTO-VİDEO
245720
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Daxili İşlər Nazirliyi avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq edib.

Bu barədə Bizim.Media-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, sərnişinlərin marşrutlar üzrə hərəkətinə maneə yaradan avtomobillər müəyyən olunaraq barələrində inzibati tədbirlər görülür:

"Zolaqlar üzrə hərəkət üstünlüyünə malik avtobuslarda olan vətəndaşları gecikdirən halların aradan qaldırılması üzrə inzibati tənbeh tədbirləri ilə yanaşı təbliğat-maarifləndirmə işi təşkil olunub.

Tədbirlərdə avtobus zolağına daxil olaraq ictimai nəqliyyatın hərəkətinə maneə yaradan sürücülər saxlanılır, onlarla profilaktik söhbətlər aparılır və mövcud qanunvericiliyin tələbləri barədə məlumatlar verilir. Etdikləri qanun pozuntusunun digər vətəndaşlarımıza yaratdığı çətinliklər izah olunmaqla bu halın yüzlərlə vətəndaşın gecikməsinə və hərəkət intensivliyinə təsir etdiyi onların diqqətinə çatdırılır.

Bir daha vurğulayırıq ki, ictimai nəqliyyatdan istifadə edən şəxslərə hörmətlə yanaşılmalıdır. Qaydalara əməl etmək şəhərin nəqliyyat şəbəkəsində hər bir sürücünün əsas vərdişi, davranışı və intizamı olmalıdır".

 

DİN-dən avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ – FOTO-VİDEO - foto 1
DİN-dən avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ – FOTO-VİDEO - foto 2
DİN-dən avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ – FOTO-VİDEO - foto 3
DİN-dən avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ – FOTO-VİDEO - foto 4


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO