Leysan olan gün evdən qaçıblarmış: Aygünün atası danışdı – VİDEO

Leysan olan gün evdən qaçıblarmış: Aygünün atası danışdı – VİDEO

Hazırda oxunan: Leysan olan gün evdən qaçıblarmış: Aygünün atası danışdı – VİDEO
245399
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Bakının Maştağa qəsəbəsində dayıqızı-bibiqızı - Hüseynova Aygün Bəhram qızı və Hüseynova Reyhan Elşən qızı itkin düşüb.

Bizim.Media Baku TV-yə istinadən xəbər verir ki, Aygün Hüseynovanın atası Bəhram Hüseynov hadisənin təfərrüatı barədə danışıb.

Onun sözlərinə görə, yeniyetmələr leysan olan gün qaçıblar:

 “Bacımgil bizə qonaq gəlmişdilər. Qızı mənim qızıma gizlincə telefon verib. Bacım bunu biləndə telefonu ondan alıb. Qızım isə bibisinə yalvarıb ki, bu barədə mənə heç nə deməsin. Oturub çay içirdik. Birdən oğlum dedi ki, uşaq yoxdur.

Mənim qorxumdan, leysan olan gün qaçıb gediblər. Hər yerə müraciət etmişik, elə bir yer qalmayıb ki, axtarmayaq. Bu günə kimi hələ də xəbər yoxdur. Fikirləşirəm ki, birdən gedib özünü öldürər və ya qaçıb gizlənər. Ağlıma hər şey gəlir. Mən qızımı 9-cu sinifdən məktəbdən çıxarmışam. O, nə park sevərdi, nə küçə. 16 yaşı var, sevdiyi olsa, mən bilərdim”.

Ətraflı süjeti təqdim edirik:

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO