Çayı neçə dəqiqə dəmləmək lazımdır?

Çayı neçə dəqiqə dəmləmək lazımdır?

Hazırda oxunan: Çayı neçə dəqiqə dəmləmək lazımdır?
244349
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İdeal çay fincanının sirri təkcə çayın növündə deyil, həm də onun dəmlənmə vaxtında gizlənir.

Bizim.Media xəbər verir ki, 1945-ci ildən çay qarışıqları istehsal edən Bigelow Tea Company şirkətinin ekspertləri, çayın düzgün dəmlənməsi ilə bağlı bəzi tövsiyələr veriblər.

Çay növünə görə dəmlənmə müddəti

Qara çay və oolong (ulun) – 2-4 dəqiqə

Yaşıl çay – təxminən 3 dəqiqə

Bitki çayları (təbii otlardan) – təxminən 4 dəqiqə
 

Paketlərin üzərində adətən təxmini dəmləmə vaxtı göstərilir, lakin mütəxəssislər fərdi zövqə uyğun müddət seçməyi tövsiyə edirlər:


Daha uzun dəmlənmə – daha güclü, kəskin çay dadı

Qısa dəmlənmə – yumşaq və incə dad

Amma çox qısa saxlanılarsa, çay “sulu” və dadsız alınır.

Nə üçün çox dəmləmək olmaz?

Uzun müddət dəmlənən və ya çox isti su ilə hazırlanan çayda tanninlər və digər polifenollar həddindən artıq ifraz olunur. Bu maddələr antioksidant xüsusiyyətlərə malikdir. Lakin çox olduqda çaya acı və sərt dad verir.

Soyuq çay hazırlamaq istəyirsinizsə...

Mütəxəssislər 1 stəkan qaynar suya 1 paket, və ya 8 stəkan suya 4-6 paket tövsiyə edirlər. Dəmlənmə müddəti: 3–5 dəqiqə və ya bir az daha uzun – bu zaman çay daha doyumlu alınır. Çünki buz çayı sonradan durulaşdırır, bu səbəbdən güclü dəmləmə daha uyğundur.

Su temperaturu da vacibdir

Bütün çay növləri üçün qaynar və ya azca daha aşağı temperaturlu su tövsiyə olunur. Bu, həm dadın, həm də aromatın qorunmasına kömək edir. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO