Astarada itkin düşən azyaşlı görün haradan TAPILDI - Qaçış səbəbi - FOTO

Astarada itkin düşən azyaşlı görün haradan TAPILDI - Qaçış səbəbi - FOTO

Hazırda oxunan: Astarada itkin düşən azyaşlı görün haradan TAPILDI - Qaçış səbəbi - FOTO
244138
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi Astaranın Maşxan kəndində yaşayan 9 yaşlı R. M səhər saatlarında evdən çıxaraq itkin düşmüşdü.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, azyaşlının axtarışlarına kənd sakinləri ilə yanaşı, hüquq-mühafizə orqanlarının əməkdaşları, kənd icra orqanlarınn nümayəndələri cəlb olunub.
 

Məlum olub ki, uşaq marşrut avtobusuna əyləşərək Astara rayonunun mərkəzi hissəsinə gedib. Onun səhər saatlarına olan müşahidə kamera görüntüləri də əldə edilib. Axşam saatlarında DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupu uşagın tapıldıgı haqda məlumat yayıb.


Saatlarla çəkən axtarışlardan sonra itkin azyaşlı polis tərəfindən rayonun məhəllə küçələrinin birində tapılıb. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə uşaq yaşadığı ünvana gətirilib və anasına təhvil verilib.

Məlumata görə, azyaşlının atası bir müddət əvvəl dünyasını dəyişib. Ailədə iki övlad böyüyür. R. Məmmədzadə evdən özbaşına və icazəsiz çıxıb getməsini Astarada yaşayan qohumlarını görmək istəyi ilə əlaqələndirib.

Astarada itkin düşən azyaşlı görün haradan TAPILDI - Qaçış səbəbi - FOTO - foto 1
Astarada itkin düşən azyaşlı görün haradan TAPILDI - Qaçış səbəbi - FOTO - foto 2


Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO