Bəzi ixtisasların tədris müddəti azaldılacaq - RƏSMİ

Bəzi ixtisasların tədris müddəti azaldılacaq - RƏSMİ

Hazırda oxunan: Bəzi ixtisasların tədris müddəti azaldılacaq - RƏSMİ
243324
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Bəzi ixtisasların tədris müddətlərinin azaldılması müzakirə predmetidir".

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli "İctimai TV"də yayımlanan "Xəbərimiz var" proqramında qonaq olarkən deyib.

O bildirib ki, bu gün Azərbaycanda magistratura ikiillikdir, amma Azərbaycanda il yarımlıq magistratura proqramları da var. Xüsusən MBA üzrə belə ixtisaslar mövcuddur:

"Elə ixtisaslar var ki, onlarda tədris müddətinin azaldılması kifayət qədər çətin məsələdir, çünki uzunmüddətli peşəkar hazırlıq tələb edir. Amma elə sahələr də var ki, qısa müddətdə bazara hazır mütəxəssis çıxarmaq olar.

Bu istiqamətdə çox ciddi hazırlıqlarımız var. Sadəcə bu həm də qanunvericilikdə ciddi dəyişikliklər edilməsini tələb edən məsələlərdəndir. Bu səbəbdən proses bir az uzun çəkir, amma bunlar üzərində artıq işlər gedir və ciddi hesablamalar var". (modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO