Tanınmış mütəxəssislər Şərurlu İsfəndiyarla işləməkdən imtina edir – FOTO

Tanınmış mütəxəssislər Şərurlu İsfəndiyarla işləməkdən imtina edir – FOTO

Hazırda oxunan: Tanınmış mütəxəssislər Şərurlu İsfəndiyarla işləməkdən imtina edir – FOTO
242699
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İctimaiyyətə Şərurlu İsfəndiyar kimi tanınan iş adamı İsfəndiyar Axundovun bir qədər əvvəl verdiyi açıqlama hələ də müzakirə edilir. Belə ki, o, özü təhsilsiz olsa da, ətrafına alimləri topladığını və onlara 15-20 min dollar maaş təklif etdiyini bildirib.

Sitat: “Mən çoban oturmuşam başda, alimlər də mənim üçün işləyir, pullar da gəlir”.

Onun bu sözləri birmənalı qarşılanmayıb, hətta dediyi cümlələrlə alimləri təhqir etdiyini bildirənlər də var.

Maraqlıdır, mütəxəssislər İ.Axundovun şirkətində çalışmaqla bağlı təklif alsalar, qəbul edərlərmi?

Bizim.Media xəbər verir ki, globalinfo.az-a danışan tikinti mühəndisi Vəli Cəfərov deyib ki, belə bir təklif alsaydı, qəti razı olmazdı:

Tanınmış mütəxəssislər Şərurlu İsfəndiyarla işləməkdən imtina edir – FOTO - foto 1

Vəli Cəfərov

“Hər zaman dövlət idarələrində işləmişəm. Məktəblər, Bakı və Naxçıvan Hava Limanını tikmişik. Heç vaxt qeyri-ciddi şirkətlərdə çalışmamışam. Adıçəkilən şəxsin də şirkətini ciddi qəbul etmirəm. Vallah, nə deyim?! Məsələn, illər əvvəl “Ayna Sultanova” deyilən ərazidə bina tikmişdilər, bildiyim qədəri ilə onu hələ təhvil verməyiblər. Ona görə onları ciddi saymıram. Bir sözlə, işləməzdim”.

İqtisadçı Natiq Cəfərli də İsfəndiyar Axundovla çalışmağa razı olmayan mütəxəssislərdəndir:

Tanınmış mütəxəssislər Şərurlu İsfəndiyarla işləməkdən imtina edir – FOTO - foto 2


Natiq Cəfərli

“Əgər belə bir təklif olsaydı, təbii ki, qəbul etməzdim. Çünki mənim siyasi-ictimai fəaliyyətim yalnız maddi qazanca görə deyil, daha çox ideoloji məsələdir. Sevdiyim işlərlə məşğul olmaq istəyirəm. Ona görə də həmin şəxsin şirkətində heç işləməzdim. Hansısa beynəlxalq şirkətlərdən təkliflər almışam, zamanında müəyyən əməkdaşlığım da olub. Lakin adını çəkdiyiniz şəxsin şirkətində işləmək istəməzdim”.

Əmlak məsələləri üzrə ekspert Mülkədar Rüstəmov da digər həmsöhbətlərimizlə eyni fikirdədir:

Tanınmış mütəxəssislər Şərurlu İsfəndiyarla işləməkdən imtina edir – FOTO - foto 3


Mülkədar Rüstəmov

“Hər şey kənardan göründüyü kimi deyil. Adam yaxşı əmək haqqı təklif edə bilər, bu, gözəldir. Amma mənim öz iş prinsiplərim var. Kimsə özünü şah, məni isə kölə kimi görə bilməz! Buna görə kollektiv işlərdə çalışmıram. Heç vaxt elə bir insanla da işləmərəm.

Nə əmrində, nə də tabeçiliyində olaram. Mənim üçün maddiyyat ikinci dərəcədir. Öz peşəsinə, şəxsiyyətinə hörmət edən şəxs belə bir adamla işləməz. Bu, mənim şəxsi fikrimdir. O insanı şəxsən tanıdığım üçün necə biri olduğunu bilirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO