Abid Şərifovun həyat yoldaşı məhkəməyə verildi - SƏBƏB NƏDİR?

Abid Şərifovun həyat yoldaşı məhkəməyə verildi - SƏBƏB NƏDİR?

Hazırda oxunan: Abid Şərifovun həyat yoldaşı məhkəməyə verildi - SƏBƏB NƏDİR?
24130
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Baş nazirin sabiq müavini Abid Şərifovun həyat yoldaşı Sədayə Şərifova məhkəməyə verilib.

Bizim.Media xəbər verir ki, S.Şərifovaya qarşı "Bulaq-2" MTK-dakı bir neçə mənzillə bağlı Binəqədi rayon məhkəməsində iddia qaldırılıb.
 

Belə ki, bu mənzillər Abid Şərifova vəzifədə olduğu dövrdə pay verilib. Həmin mənzillər ayrı-ayrı şəxslərə satılıb. Hazırda o evlərdə Kazımova Sədaqət Abbas qızı, Məmmədova Mahirə Mehman qızı, Hidayətli Elvin Əkrəm oğlu yaşayırlar. 


S.Şərifova məhkəmədə iddia qaldırıb ki, həmin şəxslər evdən çıxarılsın. Onlar isə sənədlərinin düzgün olduğunu əsas göstərərək evdən çıxmayacaqlarını bildiriblər və onlar da S.Şərifovanı məhkəməyə veriblər.

İşə 21 iyun saat 14:30-da Binəqədi rayon məhkəməsində hakim Fuad Abdıyevin sədrliyi ilə baxılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO