50 yaşdan sonra arıqlamaq istəyənlərin NƏZƏRİNƏ!

50 yaşdan sonra arıqlamaq istəyənlərin NƏZƏRİNƏ!

Hazırda oxunan: 50 yaşdan sonra arıqlamaq istəyənlərin NƏZƏRİNƏ!
241064
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Stanford Universitetinin alimləri araşdırmalarında bədən kütləsi indeksinin 10% azalmasının 50 yaşdan yuxarı insanlarda böyrək hüceyrəli karsinomanın inkişaf ehtimalını 28% azaldığını aşkar ediblər.

Bizim.Media xəbər verir ki, bu araşdırmanın nəticələri "Cancer" jurnalında yayımlanıb.

Tədqiqatda 204,364 nəfər iştirak edib və alimlər iştirakçıların 18, 35 və 50 yaşlarındakı sağlamlıq vəziyyətlərini və BKİ-ni izləyiblər. BKİ, bir insanın çəkisinin boyuna uyğunluğunu göstərən mühüm göstəricidir.

Araşdırma dövründə 1,425 böyrək xərçəngi hadisəsi qeydə alınıb. Təhlillər göstərib ki, artıq çəki bu xəstəliyin inkişafını sürətləndirir. Hər 5 ballıq artım böyrək hüceyrəli karsinoma və onun bütün növlərinin yaranma ehtimalını 10%-dən 40%-ə qədər artırır. Arıqlamaq isə bu riski azaltmağa kömək edir.

Alimlər hesablayıblar ki, 18-35 yaş arası gənclərdə BKİ-də hər 10 ballıq azalma böyrək xərçəngi riskini 21% azaldır. Lakin ən əhəmiyyətli nəticə 50 yaşdan yuxarı insanlarda müşahidə olunub, çünki bu yaş qrupunda 10% arıqlamaq böyrək hüceyrəli karsinomanın inkişaf riskini 28% azaldır. (Milli.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO