Gədəbəydə iki evdə yanğın oldu

Gədəbəydə iki evdə yanğın oldu

Hazırda oxunan: Gədəbəydə iki evdə yanğın oldu
239046
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gədəbəydə bir gecədə iki yanğın hadisəsi baş verib.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Qızılqaya kəndində ümumi sahəsi 160 m² olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Gədəbəy rayon bölməsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.  

Digər yanğın hadisəsi isə Gədəbəy rayonunun Novoivanovka kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının, aynabəndinin taxtadan ibarət tavanı 5 m² sahədə yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO