Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – İLK BEŞLİK

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – İLK BEŞLİK

Hazırda oxunan: Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – İLK BEŞLİK
238095
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Statcounter” beynəlxalq şirkəti Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələrin statistikasını təqdim edib. Belə ki, 2025-ci ilin fevralında instaqramın Azərbaycanın sosial şəbəkə bazarındakı bütün cihazlar üzrə payı (kompüterlər, mobil cihazlar və planşetlər) 41,25 faiz təşkil edib.

Bizim.Media “Statcounter”ə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin yanvar ayı ilə müqayisədə 5,2 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə isə 9,24 faiz çoxdur.
 

İkinci yerdə qərarlaşmış feysbuk şəbəkəsinin payı bir ay ərzində 4,17 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə isə 5,42 faiz azalaraq 21,65 faiz təşkil edib. Siyahıda üçüncü yeri tutmuş “Pinterest”in payı fevral ayında 1,3 faiz, illik müqayisədə isə 2,8 faiz artaraq 17,44 faiz təşkil edib. Yutub isə dördüncü yerdə qərarlaşıb.


Onun bazar payı son bir ayda 1,95 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə isə 4,07 faiz azalaraq 11,43 faiz təşkil edib.

İlk beşliyi sonunda isə 4,04 faiz bazar payı ilə X (keçmiş “Twitter”) qərarlaşıb. Bu sosial şəbəkənin populyarlığı son bir ayda 1,01 faiz, son bir ildə isə 2,41 faiz azalıb. (modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO