Nazir Bakıda avtomobil idarə edərkən çətin anlar yaşadı — YENİLƏNİB -FOTO

Nazir Bakıda avtomobil idarə edərkən çətin anlar yaşadı — YENİLƏNİB -FOTO

Hazırda oxunan: Nazir Bakıda avtomobil idarə edərkən çətin anlar yaşadı — YENİLƏNİB -FOTO
236166
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Nazir Bakıda avtomobil idarə edərkən çətin anlar yaşadı” başlığı ilə yayılan məlumat həqiqəti əks etdirmir. 

Bizim.Media xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidməti deyib.

Mənbə bildirir ki, məlumatda qeyd olunan nəqliyyat vasitəsi nazir Rəşad Nəbiyevə və yaxınlarına məxsus deyil.

20:00

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün axşam saatlarında paytaxt Bakıda yağan qarlı havada avtomobil idarə edərkən çətin anlar yaşayıb.

Bizim.Media xəbər verir ki, demokrat.az-ın əməkdaşı nazirin görüntülərini lentə ala bilib.

Nazir Rəşad Nəbiyev idarə etdiyi son model 90-AA-414 dövlət nömrə nişanlı “Mercedes-Benz G-Class 6.3” model avtomobili ilə Heydər Əliyev prospektində buzlu yollda hərəkət edərkən, qarşısında gedən “KİA” markalı digər avtomobil qəfil əyləcdən istifadə edərək, qəza şəraiti yaradıb. Buna baxmayaraq, Rəşad Nəbiyevin peşəkarlığı nəticəsində qəzadan yayınmaq mümkün olub.

Qeyd edək ki, nazir Rəşad Nəbiyevin avtomobilini 10-DY-014 nömrəli “Toyota Land Cruiser 200” model avtomobil müşayiət edib.


Nazir Bakıda avtomobil idarə edərkən çətin anlar yaşadı — YENİLƏNİB -FOTO - foto 1
Nazir Bakıda avtomobil idarə edərkən çətin anlar yaşadı — YENİLƏNİB -FOTO - foto 2


Mənbə: Demokrat.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO