Bu tibb işçiləri iş yerini özü seçəcək - YENİ LAYİHƏ

Bu tibb işçiləri iş yerini özü seçəcək - YENİ LAYİHƏ

Hazırda oxunan: Bu tibb işçiləri iş yerini özü seçəcək - YENİ LAYİHƏ
234527
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tibb müəssisələrində iş yerini evə yaxınlaşdıran yeni layihənin icrasına başlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, işçilərin məmnunluq səviyyəsinin artırılmasına və iş effektivliyinin yüksəldilməsinə hədəflənən “Evimə yaxın iş” layihəsi çərçivəsində Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində (Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələri) çalışan tibb və qeyri-tibb işçilərinin faktiki yaşayış ünvanlarına daha yaxın ərazilərdə olan tibb müəssisələrinə iş yerinin dəyişdirilməsi imkanı verilir.
 

Layihənin ilkin mərhələsində Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti göstərən bütün tabeli tibb müəssisələrinə işçilərin qeydiyyatdan keçmələri üçün onlayn anket forması təqdim olunub.


Həmin anket formalarına öz məlumatlarını və istəklərini daxil etməklə əməkdaşlar qeydiyyatdan keçə bilər. Növbəti mərhələdə müraciətlər TƏBİB tərəfindən dəyərləndirilir və əldə olunan nəticəyə dair Bakı Baş Səhiyyə Mərkəzinə müvafiq məlumatlar təqdim edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO