Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olundu – VİDEO

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olundu – VİDEO

Hazırda oxunan: Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olundu – VİDEO
234370
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Baş Dövlət Yol Polisi İdarəsinin Masallı rayonu ərazisində yerləşən stasionar postunda Elvin Əsədullayevin idarə etdiyi “VAZ” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi məlumat yayıb.

Bildirilib ki, sənədlərin yoxlanılması zamanı sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı aşkarlanıb və hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub.

Müayinə zamanı narkotik vasitə qəbul etməsi təsdiq olunan E.Əsadullayev məhkəmənin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilib.

"Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir",- deyə məlumatda qeyd edilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO