Ağstafadan Bakıya gələn sürət qatarına ZİYAN DƏYDİ - FOTO

Ağstafadan Bakıya gələn sürət qatarına ZİYAN DƏYDİ - FOTO

Hazırda oxunan: Ağstafadan Bakıya gələn sürət qatarına ZİYAN DƏYDİ - FOTO
232697
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən sürət qatarına ziyan dəyib.

Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a sərnişinlərdən biri məlumat verib.

Sərnişin qeyd edib ki, Ağstafadan Bakıya gələn zaman qatar təxminən 13 dəqiqə yubanıb.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, qatarın qarşısına qəfil heyvan çıxması və toqquşma nəticəsində qatara ziyan dəyib:

"Ümumiyyətlə, sahibsiz buraxılan mal-qara qatarların hərəkətinə ciddi təhlükə yaradır.

Ötən il ADY-yə məxsus qatarlar sahibsiz buraxılmış təsərrüfat heyvanları ilə 43 dəfə toqquşub.

Nəticədə qatarlara ziyan dəyir, heyvanlar tələf olur, qrafikdə gecikmələr yaşanır, maşinist təcili tormozlama etməli olur ki, bu da qatar heyətinin və sərnişinlərin həyatını riskə atır. Bundan başqa, bəzi heyvan sahibləri mal-qaranı dəmir yolundan keçirmək üçün hasarları sökürlər və bu da təhlükəsizliyə ciddi təhlükə yaradır", - məlumatda deyilir.

Ağstafadan Bakıya gələn sürət qatarına ZİYAN DƏYDİ - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO