Dumanlı hava şəraiti nə vaxtadək davam edəcək?

Dumanlı hava şəraiti nə vaxtadək davam edəcək?

Hazırda oxunan: Dumanlı hava şəraiti nə vaxtadək davam edəcək?
232631
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dumanlı hava şəraiti müşahidə olunur. 

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən hazırda Yevlax, İmişli, Cəfərxan, Sabirabad, Hacıqabul, Biləsuvar rayonlarında dumanlı hava şəraiti müşahidə olunur və görünüş 200 metrədək məhdudlaşır. 

Xidmət rəsmisi Gülnarə Abbasova bildirib ki, müşahidə olunan duman sinoptik şərait ilə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir.

 

Yer səthində gündüz saatlarında havanın temperaturunun nisbətən yüksək olması, gecə saatlarında isə yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsi nəticəsində inversiya dumanı formalaşır. 


Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin fevralın 2-si gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO